ain.az bildirir, Gununsesi portalına istinadən.
Avropa İttifaqından viza rejiminin liberallaşdırılması ilə bağlı mühüm açıqlama gəlib. Avropa İttifaqının Türkiyə nümayəndəliyinin rəhbəri, səfir Hans Ossowski türklərdən viza istəməyin utancverici olduğunu bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Avropa İttifaqından viza liberallaşdırılması ilə bağlı özünütənqid gəldi.
Avropa İttifaqının Türkiyə nümayəndəliyinin rəhbəri, səfir Hans Ossowski türklərdən viza tələbinin qəbuledilməz və utancverici olduğunu bildirib.
Ossowski qeyd edib ki, narkotik problemi olan Kolumbiya, Aİ ilə münasibətləri pozulmuş Gürcüstan və hətta Venesuela vətəndaşları AB-yə vizasız səyahət edirlər.
Brüsseldə türkiyəli jurnalistlərlə görüşən səfir Ossowski, “Türkiyədə insanlar viza görüşü tapmaq üçün aylarla, bəzən bir il gözləyirlər” deyib.
“Biz viza liberallaşdırma prosesini yenidən başlatmalıyıq” deyən Ossowski, “Türkiyə hökumətinə dürüst bir təklif etdik” deyə qeyd edib.
Ossowski həmçinin qeyd edib: “Türkiyə 74 meyardan 66-nı yerinə yetirdi. Qalan 6 kriteriya üzərində işləyək” dedi.
Orxan
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.