İranın xarici işlər naziri Moskvaya gəlib, lakin Putin onunla görüşməyib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusioya mediası məlumat yayıb.
Tehran Moskvanın ABŞ və İsrailin hərəkətlərinə fəal cavab verməsini istəyir. Amma indiyə qədər Putin qətiyyətli qınaqla kifayətlənib.
“İran Suriyadan daha sürətlə çökür. Ölkə üzərində uçuşa qadağa zonası var, 7/27 atəşlər davam edir və hakimiyyət Hörmüz boğazını bağlamaqla hədələyən çox axmaq bəyanatlarla cavab verir.
Bu, ancaq adekvat insanları Tehrana qarşı yönəldir.
Və hələlik İranın ancaq görüşlər üçün kabinetini tərk etməyən Putindən kömək ümidi var. Əgər hər şey Putinin iranlılara “Pul yoxdur, amma siz möhkəm durun” kimi bir söz deməsi ilə bitsə, onda bütün dünya görəcək ki, biz “deflyasiya edirik”, – media yazıb.
Xuraman Etibarlı
İnterpress.az