AZ

Rusiya ABŞ-ın İrandakı nüvə obyektlərinə zərbələr endirməsinə reaksiya verdi

Rusiya ABŞ-ın İrandakı nüvə obyektlərinə zərbələr endirməsini pisləyir.

News24.az xəbər verir ki, bu barədə Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa bildirib. O, qeyd edib ki, bu hərəkət şübhəsiz ki, Rusiya-Amerika münasibətlərinə, o cümlədən danışıqlar prosesinə təsir edəcək:

"Nüvə tədqiqat mərkəzlərinə hücumdan sonra təkcə Yaxın Şərq regionunda deyil, bütün dünyada sülh üçün real təhlükənin yaranmasına necə fərqli yanaşmaq olar. Təbii ki, indiki vəziyyət son dərəcə təhlükəli həddə çatıb. Ona görə də bir çox başqa ölkələr kimi Rusiya da bu hərəkəti pisləyir", - Çepa bildirib.

Onun fikrincə, ABŞ-ın İrana hücumu Rusiya-Amerika münasibətlərinə təsir edəcək.

“Bu, prezidentlərin yaxın gələcəkdə müzakirə edəcəyi məsələlərə və danışıqlar prosesinə təsir edəcək, çünki mövzu çox həssasdır”, - deyə deputat yekunlaşdırıb.

Aqil

Seçilən
9
1
news24.az

2Mənbələr