AZ

UNEC-də abituriyent və valideynlər üçün “Açıq qapı” günü keçiriləcək

İyunun 24-də UNEC-in əsas tədris binasında abituriyentlər və onların valideynləri üçün “Açıq qapı” günü təşkil ediləcək.

"Unikal" xəbər verir ki, “Açıq qapı” günündə iştirak edənlər universitetin tədris prosesi, təklif olunan ixtisaslar, qəbul qaydaları, tələbə həyatı və digər yeniliklər barədə ətraflı məlumat ala biləcəklər. Tədbir UNEC-in təhsil mühitini yaxından tanımaq və gələcək ixtisas seçimi üçün faydalı məsləhətlər əldə etmək istəyən hər kəs üçün ideal fürsətdir.

İştirak etmək üçün WhatsApp vasitəsilə 012 492 60 43 nömrəsinə yazmaq və qeydiyyatdan keçmək kifayətdir.

Abituriyentlərlə görüş saat 10:00-13:00-dək davam edəcək.

Ünvan: UNEC-in əsas tədris binası, İstiqlaliyyət küçəsi, 6.

Gələcəyinizə doğru addım atmaq üçün UNEC-in “Açıq qapı” günündə sizi gözləyirik!

Seçilən
7
5
unikal.az

7Mənbələr