AZ

İslandiyalı yarımmüdafiəçi "Roma"nın hədəfində

Fransanın "Lill" klubunda çıxış edən islandiyalı yarımmüdafiəçi Arnar Haraldsson Fransa çempionatından İtaliya A Seriyasına keçə bilər.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, 22 yaşlı futbolçunun xidmətində “Roma” maraqlıdır.

"Qurdlar"ın yeni idman direktoru Frederik Massara islandiyalı ilə müqavilə imzalamaqda israrlıdır.

Haraldssonun bazar dəyəri 18 milyon avro olaraq qiymətləndirilir. Futbolçunun "Lill"lə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.

Arnar ötən mövsüm Fransa yığmasında 38 oyun keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

 

Arda Güler Vinisiusu geridə qoydu

PSJ Donnarumma ilə danışıqları davam etdirir

Kurtua DÇ rekordunu təkrarlayıb

Alonsodan Mbappe açıqlaması

Deku: “Uilyams “Barselona”da oynamaq istədiyini nümayiş etdirir”

Seçilən
4
apasport.az

1Mənbələr