AZ

İrandan ABŞ-a sərt xəbərdarlıq: Sadəcə cəzalandırmaqla kifayətlənməyəcəyik

İranın Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi ABŞ-ın ölkəsinə hücumlarını pisləyib.

Publika.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

​​“ABŞ qəddar və təcavüzkar sionist rejimi dəstəkləməyə davam edərək İranın suverenliyini açıq şəkildə pozdu və müqəddəs torpaqlarımıza hücum edərək birbaşa müharibəyə girdi”, - Musəvi deyib.

O, həmçinin ABŞ-a açıq xəbərdarlıq edib: "Biz artıq onları sadəcə cəzalandırmaqla kifayətlənməyəcəyik. Bu hücum silahlı qüvvələrimizin ABŞ və ordusunun maraqlarına qarşı hər hansı bir addım atmasına yol açdı. İndi bu məsələdə tamamilə azadıq və heç bir geri addım olmayacaq".

Seçilən
21
publika.az

1Mənbələr