BAKI, 23 iyun. TELEQRAF
“Dünya İranın nüvə silahına malik olmasını dəstəkləmir, ona görə də, Tehran ABŞ ilə danışıqlar masasına oturmağa məcbur edilməlidir”.
Teleqraf xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Yohan Vadeful deyib.
“İran bilməlidir ki, dünya onun nüvə silahına malik olduğunu qəbul etməyəcək. Avropada, eləcə də İsraildə və bütün regionda ballistik raketlərin bizə və başqalarına yaratdığı təhlükənin məhdudlaşdırılmasında maraqlıyıq. İran qırmızı xətti keçdiyini anlamalıdır. Beynəlxalq ictimaiyyət onun zənginləşdirmə proqramına malik olduğunu artıq çoxdan qəbul edib, amma bunu mülki terminlərlə izah etmək mümkün deyil”, - alman nazir bildirib.