AZ

"Alonso bir qədər geridən oynamağımı istəmişdi" - Arda vurduğu qolu şərh etdi

"Çox tez azlıqda qalsaq da, çətin matçı qələbə ilə başa vurduq. Qaib gəldiyimiz üçün özümü xoşbəxt sayıram".

Fanat.Az xəbər verir ki, bu sözləri "TRT Spor"a açıqlamasında klublararası dünya çempionatında "Paçuka"nı 3:1 hesabı ilə məğlub edən "Real Madrid"in türk yarımmüdafiəçisi Arda Gülər deyib. 

Start "11-lik"də yer alan və 43-cü dəqiqədə komandasının ikinci qoluna imza atan Arda Madrid təmsilçisinin yeni çalışdırıcısı Xabi Alonsonun ondan nə istədiyini açıqlayıb və fərqləndiyi epizodu şərh edib:

"Onun diqqəti, güvəni məni motivasiya edir. Davamlı şəkildə ünsiyyət qururuq. Hazırda hər şey qaydasındadır. Alonso bu görüşdə bir qədər geridən oynamağımı, oyun tempini saxlamağımı istəmişdi. Meydanı görmək və ötürmələr vermək bacarığımdan daha yaxşı faydalanmağım üçün "6", "8" mövqeyində oynamağımı uyğun saydı.  

Vurduğum qol? Cud Bellingeminkinə bənzər bir qol oldu. O, topu sağ ayağı ilə saxlayıb sol ayağı ilə qapıya göndərdi, mən isə əskinə... Trent çox yaxşı top göndərdi, Qonsalo Qarsiya isə çox ağıllı tək toxunuşla mənə ötürmə etdi. Qol vurduğum üçün şadam".

Xatırladaq ki, Raul Asensio matçın 7-ci dəqiqəsində qırmızı vərəqə alıb.

Nihat 

Seçilən
3
1
fanat.az

2Mənbələr