Ötən mövsümü 6-cı yerdə başa vuran “Neftçi”nin köklü dəyişikliklərə getdiyi hər kəsə məlumdu. Müqavilə müddəti bitən 9 futbolçu ilə yolları ayıran “ağ-qaralar” Dembo Darbo ilə müqaviləyə də qarşılıqlı razılıqla xitam verib.
Ayrılan futbolçulardan Yeqor Boqomolski ölkədə qalıb. Belə ki, iki mövsümdü belaruslu hücumçuya “göz qoyan” Rəşad Sadıqov, nəhayət, istəyinə çatdı. İcarə əsasında gələn Rüstəm Samiqullin isə aid olduğu “Sabah”a qayıdıb.
Qalan futbolçular hələ ki işsizdi. Məlum məsələdi ki, istirahətdədilər. Mövsüm başlayana qədər futbolçuların çoxu hansısa klubla anlaşacaq. “Neftçi” indiyə qədər cəmi bir futbolçu - Sessi D’Almeyda ilə anlaşıb.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta