AZ

Kurtua klublararası DÇ-nin rekordunu təkrarladı

2025-ci il FIFA Klub Dünya Kubokunun qrup mərhələsinin “Paçuka” ilə 2-ci tur oyunu (3:1) “Real”ın qapıçısı Tibo Kurtua üçün əlamətdar olub.

Arena.az “Mister Chip” dərgisinə istinadən məlumat verir ki, 33 yaşlı belçikalı qapıçı qurtarışların sayına görə cari klublararası dünya çempionatının rekordunu təkrarlayıb.

Kurtua “Paçuka” ilə oyunda 10 qurtarış etməklə, daha əvvəl “Oklend Siti”nin 20 yaşlı yenizelandiyalı qapıçısı Natan Qarrounun (Qarrou) yarışın 1-ci turunun “Benfika” ilə oyununda (0:6) göstərdiyi nəticəni təkrarlayıb.

Əlavə edək ki, “Paçuka” oyunçuları 10 nəfərlə azlıqda oynamış “Real”ın qapısına 25 zərbə endiriblər.

Cari mövsümdə belçikalı qapıçı “Real” üçün 49 oyun keçirib, 57 qol buraxıb, 15 oyunda isə qapısının toxunulmazlığını təmin edib.

Seçilən
21
arena.az

1Mənbələr