AZ

ACIPE çərçivəsində "data economy" və "data market" üzrə işçi qrupu yaradıla bilər

Avrasiya Kredit Məlumat Təchizatçıları Assosiyasiyası (ACIP) çərçivəsində "data economy" və "data market" üzrə işçi qrupunun yaradılması əhəmiyyətli ola bilər.

"Report" xəbər verir ki, bunu ACIPE İdarə Heyətinin sədri, Qazaxıstana məxsus "First Credit Bureau"nun rəhbəri Ruslan Omarov Bakıda keçirilən I Beynəlxalq Kredit Hesabatlılığı Konfransında bildirib.

O bildirib ki, məlumatlarla işlədikləri üçün indi bu prosesə başçılıq etmələri əhəmiyyətli olardı: "Ayrılıqda götürmüş olsaq biz hər bir ölkədə elə də böyük olmasaq da, məlumatlarla işlədiyimiz üçün bu prosesə başçılıq etməliyik ki, kimsə kənardan gəlib bunu etməsin. Mən başa düşürəm ki, bu, müəyyən xərc tələb edir, lakin bununla belə, bunu etməYİmiz zəruridir. Məqsəd eyni metodologiyanın müəyyən olunmasıdır ki, hesablamalarda fikir ayrılığı olmasın. Yəni biz almanı alma ilə müqayisə edə bilək. Bu hər hansı reytinq vermək və yaxud çempionu müəyyən etmək üçün edilmir. İlk növbədə hansı nöqtədə olduğumuza aydınlıq gətirmək üçün lazımdır. Şərti olaraq bunu Qazaxıstan bir cür, Azərbaycan, Tacikistan və Qırğızıstan tam fərqli edə bilər. Hamını ölkə daxilində bu tip tədqiqatlara start verməyə dəvət edirəm".

Qonağın sözlərinə görə, beynəlxalq praktikada məlumatların dəyərinin qiymətləndirilməsinin fərqli metodologiyası mövcuddur: "Mahiyyətcə "Data market" ölkədə olan rəqəmsal məlumatların dəyəridirsə, həmin məlumatların ölkə iqtisadiyyatına təsiri də "data economy"dir. Hər bir qurum ümumi daxili məhsul istehsalına öz tövbəsini verməyə çalışır. Lakin bunu etmək üçün ölkə olaraq harada olduğunuzun ölçülərini aparmaq mühüm əhəmiyyət kəsb edir. Həm "Data market", həm də "data economy"nin dəyərini müəyyən etməlisiniz. Bunu etməyin müxtəlif metodologiyası mövcuddur. Bunlara xərcli, bazar, sahibinə görə dəyərləndirmə və sair. Sonuncu metodologiya ya görə məsələn siz hər hansı unikal ancaq sizdə olan məlumat bazasının sahibsiniz, ona 1 milyard ABŞ dolları dəyər müəyyən edirsiniz. Beynəlxalq praktikada məlumatların dəyərinin ekpress qiymətləndirilməsi ÜDM-nin 5-10 %-i həddindədir. Qazaxıstanı götürsək ötən il məlumatlar bazarının maksimal qiymətləndirilməsi 2,3 milyard ABŞ dolları olub. Bu göstərici məlumat operatoru olaraq bizə hansı bazar çərçivəsində işlədiyimiz haqqında təsəvvür verir. Bu, çox vacib məqamdır".

R.Omarov hesab edir ki, bazarda olan məlumatlardan maksimal fayda çıxarmaq lazımdır: "Məlumatları dəyərsizləşdirmək olmaz. Sizə bazarda olan datalardan maksimum dəyər əldə etmək lazımdır. Bir zamanlar Qazaxıstanda bütün məlumatlar bazalarını bazar iştirakçılarına pulsuz verməyə cəhd edirdilər. Biz dövlətin bu yanaşmasını bir az dəyişməyə çalışırdıq. Nəticədə dövlət başa düşdü ki, artıq illərlə toplanmış məlumatları maksimal dərəcədə monetizə etmək lazımdır. O zaman bazar da məlumatlara pulsuz almadığı üçün biz az fərqli yanaşmağa başlayacaq".

Seçilən
19
report.az

1Mənbələr