AZ

ABŞ Avropanın internetini kəsə bilər - "Politico"

Donald Tramp nəzəri olaraq interneti Avropa Birliyinə bağlaya bilər.

Musavat.com xəbər verir ki, bu barədə “Politiko” qəzeti yazıb.

Qeyd olunur ki, Avropanın Amerika provayderlərindən tam asılılığı onun “kritik zəifliyinə” çevrilib.

Avropa İdarəetmə Mərkəzinin rəhbəri Zak Mayersin sözlərinə görə, Trampın interneti bloklayacağı və ya iqtisadi maraqlarına ciddi zərər vurmaq üçün başqa hərəkətlər edə biləcəyi fikri artıq altı ay əvvəl göründüyü kimi inanılmaz görünmür.

“Politico” həmçinin daha əvvəl qeyd edib ki, ABŞ Avropada və NATO daxilində təhlükəsizlik sahəsində aparıcı rolunu itirir. Müəlliflər qeyd edirlər ki, Tramp artıq ilk prezidentlik dövründə alyansdan çıxmaqla hədələyib və bu gün onun mövqeyi daha da qeyri-sabit olur.

Musavat.com

 

Seçilən
3
musavat.com

1Mənbələr