AZ

Putin İranın xarici işlər nazirini Kremldə qəbul edib

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putin Kremldə İranın xarici işlər naziri Abbas Əraqçini qəbul edib.

BAKU.WS xəbər verir ki, bu barədə Tass məlumat yayıb.

Görüş Yaxın Şərqdə eskalasiya fonunda keçirilir. İsrail iyunun 13-dən İrana zərbələr endirir. Əməliyyatının məqsədi Tehranın raket və nüvə proqramlarını məhv etməkdir. Münaqişə xüsusilə iyunun 22-də ABŞ-nin İranın üç nüvə obyektinə hücumu ilə bağlı kəskinləşib.

"Hörmətli cənab nazir, sizi görməyə çox şadam. Siz regionda və ölkəniz ətrafında vəziyyətin kəskinləşdiyi bir vaxtda Rusiyaya səfər edirsiniz", - Putin açılış nitqində deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
baku.ws

2Mənbələr