İran təhlükəsizlik qüvvələri Ukrayna kəşfiyyatının üç əməkdaşını saxlayıb.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Bildirilib ki, casuslar İsfahan şəhərində pilotsuz uçuş aparatları istehsal edən zavoda hücum etməyə cəhd göstəriblər.
Saxlanılan şəxslər İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunublar. Onlar İran Ali Məhkəməsinin qərarına əsasən edam cəzasına məhkum ediliblər.
Hökmün iki həftə ərzində icra olunacağı vurğulanıb.
Xatırladaq ki, dünən İranda İsrailin xeyrinə casusluqda ittiham olunan kişi edam edilib.