2025-ci ilin ilk rübündə Azərbaycana Lüksemburqdan 1 milyon 841 min ABŞ dolları həcmində birbaşa xarici investisiya yönəldilib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 535 min ABŞ dolları və ya 22,5% azalıb.
Xatırlatma üçün bildirək ki, 2024-cü ilin ilk rübündə Azərbaycana Lüksemburqdan yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 2 milyon 376 min ABŞ dolları olub.
Hesabat ilində Azərbaycan iqtisadiyyatına cəlb olunmuş ümumi birbaşa investisiyalarda Lüksemburqun payı 0,1% təşkil edib. 2024-cü ildə isə bu göstərici 0,2% idi.