23 iyun- Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Xaçmaz Rayon İcra Hakimiyyəyinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr və müxtəlif qurumlarda çalışan dövlət qulluqçuları Ümummilli Lider Heydər Əliyevin Xaçmaz şəhərində mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini hörmət və ehtiramla yad ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik edib, səmərəli fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, Azərbaycanda dövlət qulluğunun formalaşması və inkişafında Ulu öndər Heydər Əliyevin xüsusi xidmətləri olub. Dahi şəxsiyyətin əsasını qoyduğu dövlətçilik konsepsiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi Emin Ağayev və Rayon Gənclər və İdman Sektorunun müdiri Elman Məmmədov təbrik edilib. Həmçinin, dövlət qulluğunda çalışan bir qrup şəxslər Fəxri Fərmanla mükafatlandırılıb.
















