AZ

Məhərrəm ayında ət ucuzlaşacaq? Ekspert

ain.az, Qaynarinfo portalına istinadən məlumat verir.

"Məhərrəm ayında ətin qiymətinin düşəcəyinə inanmram”.

Bunu Qaynarinfo-ya açıqlamasında ekspert Vahid Məhərrəmov deyib.

O, məhərrəmlikdə restoranların işlək olduğunu bildirib:

"Hər bir orqanizmin tələbatı var. Elə adamlar var ki, gündüz yemir, axşamsa daha çox yeyir, süfrəsində nə desən olur. Ət kəsimi ilə məşğul olan sahibkarlarla əlaqə saxlayıram, bu mövzularla bağlı araşdırmalar aparıram. Onlar deyir ki, alıcılıq qabiliyyəti azalanda ətin qiymətində enmə olur. Adi günlərdən fərqli olaraq bayram günlərində ət daha çox alınır. Bayramdan sonra ət satışı azalır. Ümumilikdə il ərzində eyni həcmdə ət, tərəvəz, meyvə istehlak olunur. Adam var ki, yay aylarında daha çox yeyir. Əsasən də kababa üstünlük verirlər”.

Vahid Məhərrəmli hesab edir ki, yay aylarında ət istehlakında azalma olmayacaq:

"Bunun da ətin qiymətinə təsir edəcəyinə inanmıram. Bu ilin 5 ayında kəsim üçün gətirilən diri heyvanların dəyər ifadəsi ötən ilə nisbətən 2-3 dəfə artıb. Səbəb? Daxildə təklif o qədər olmasa da, tələbat azalmır, ona görə də artır. Ət yemək fəsildən, məhərrəmlikdən asılı deyil, yalnız alıcılıq qabiliyyətindən asılıdır. Alıcılıq qabiliyyəti nisbətən aşağı düşüb”.

Vahid Məhərrəmli bildirib ki, Azərbaycanda hardasa bir milyondan çox insanın yaşayış səviyyəsi çox yüksəkdir:

"Alıcılıq səviyyəsi yüksək olduğundan bəzi insanlar itlərinə də təzə ət yedizdirir. Özləri isə daha çox ət yeməklərindən istifadə edir, hətta qohum-tanışlarına da göndərirlər. Kasıb da az yeyir, bundan əlavə, toyuq ətindən istifadə edirlər. O da pul olandan-olana”.

Bahar Rüstəmli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
qaynarinfo.az

1Mənbələr