AZ

Konya Texniki Universitetinin rektoru AzMİU-da olub (FOTO)

Bakı. Trend:

Konya Texniki Universitetinin (KTU) rektoru professor Osman NuriÇelik və baş katib Kamil Gök Azərbaycan Memarlıq və İnşaatUniversitetinin (AzMİU) qonağı olub.

Bu barədə Trend-ə AzMİU-dan məlumat verilib.

Bildirilib ki, qonaqlar AzMİU-nun rektoru professor GülçöhrəMəmmədova ilə görüşüblər. Görüşdə universitetin rəhbər heyəti dəiştirak edib. Tanışlıq və əməkdaşlıq imkanlarının müzakirəsinə həsrolunan görüş zamanı tərəflər elm, təhsil, startap təşəbbüsləri vəbeynəlxalq layihələr üzrə birgə fəaliyyət istiqamətlərini nəzərdənkeçiriblər.

Qeyd edilib ki, AzMİU ilə KTU arasında 21 yanvar 2025-ci iltarixində onlayn formatda əməkdaşlıq müqaviləsi imzalanıb. Bundanəvvəl, 2024-cü ilin noyabrında AzMİU nümayəndələri KTU-nunprorektoru professor Dr. Hüseyin Deveci ilə görüşərəkuniversitetlərin beynəlxalq reytinq göstəriciləri və elmiəməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Görüşdən sonra Konya Texniki Universitetinin nümayəndələriAzMİU-nun infrastruktur imkanları ilə tanış olub, imtahansessiyasını izləyiblər.

AzMİU ilə KTU arasında qurulan əlaqələrin gələcəkdə ikili diplomproqramları, birgə tədqiqat layihələri və tələbə-müəllim mübadiləsikimi istiqamətlərdə genişlənəcəyi gözlənilir.

Konya
Konya
Konya
Konya
Konya
Konya
Konya
Konya
Konya
Konya
Seçilən
36
az.trend.az

1Mənbələr