ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“İyunun 11-i məktəbin VII sinfinin bir neçə şagirdi məktəbdaxili nizam-intizam qaydalarına uyğun olmayan hərəkətlər nümayiş etdirib. Belə ki, sinif otağındakı parta, qapı və digər avadanlıqlar müxtəlif boya və rəngləyici vasitələrlə boyanaraq zədələnib. Bundan başqa, şagirdlər öz geyimlərini, əllərini və bədənlərinin müxtəlif hissələrini müxtəlif rənglərlə boyayaraq qeyri-uyğun görüntü yaradıblar”.
“AzPolitika” xəbər verir ki, bu barədə Nizami rayonunda yerləşən 62 saylı məktəb-liseydən verilən açıqlamada bildirilir.
Xatırladaq ki, valideynlərdən biri saytımıza direktor Mətanət Cabbarlının azyaşlı şagirdlərdən polisə şikayət etdiyini bildirmişdi. Bu da valideynlərin kəskin narazılığına səbəb olub.
Məktəbdən bildirilir ki, sözügedən məsələ ilə əlaqədar şagirdlərin valideynlərinə məlumat verilib.
“Bir sıra valideynlər məsələyə həssas münasibət göstərsə də, bəzi valideynlər övladlarının davranışına laqeyd yanaşma sərgiləyiblər. Bu baxımdan yaranmış vəziyyətin qiymətləndirilməsi və profilaktik tədbirlərin görülməsi məqsədilə ərazi üzrə Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsi nümayəndəsinə müraciət olunub”, - açıqlamada qeyd olunub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.