Suriyanın Həsəkə şəhərindəki Amerika hərbi bazasına hücum edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İranın Mehr xəbər agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, insident iyunun 23-də səhər saatlarında hərbi obyektə minaatanlardan atəş açıldığı zaman baş verib.
Agentlik bombardmana görə kimin məsuliyyət daşıdığını açıqlamayıb. Baza tez bir zamanda yüksək hazırlıq rejimi elan edib.