AZ

İran uçuş qadağasının müddətini uzatdı

Bakı. Trend:

İran hava məkanında uçuş qadağası iyunun 24-ü Bakı vaxtı ilə14:30-a kimi uzadılıb.

Trend ölkəninyerli KİV-lərinə istinadən xəbər verir ki, bunu İranın Yol və Şəhərİnkişafı Nazirliyinin nümayəndəsi Məcid Əhavan deyib.

“Son hadisələrlə əlaqədar, sərnişinlərin və uçuşlarıntəhlükəsizliyinin təmin olunması məqsədilə ölkənin hava məkanıçərşənbə axşamı 14:00-a kimi (Bakı vaxtı ilə 14:30) bağlı olacaq.Həmvətənlərə israrlı şəkildə tövsiyə edirik ki, ölkənin havalimanlarına baş çəkməkdən çəkinsinlər və reyslərin cədvəli iləbağlı məlumatları yalnız rəsmi mənbələrdən əldə etsinlər”, - deyəIRNA agentliyin sitatında deyilir.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İranakütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranınnüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, havahücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb.Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənayeobyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvəobyektinə zərbələr endirib.

Məqalədə:
Seçilən
44
az.trend.az

1Mənbələr