AZ

Ukraynaya Avropa ilə birgə nüvə silahı hazırlamaq icazəsi verilib

Ukrayna Avropa ölkələri ilə birlikdə öz nüvə silahlarını yaratmağa başlaya bilər. BBC xəbər verir ki, bunu ukraynalı siyasətçi və alim, xarici siyasət və raket elmləri üzrə ekspert Vladimir Qorbulin deyib.

Onun sözlərinə görə, Ukraynanın öz nüvə silahlarını yaratmağa başlaya bilməsi üçün “müttəfiq körpüləri” tapmaq lazımdır. Qorbulin xatırladıb ki, Ukraynanın bunun üçün öz elmi məktəbi və elmi bazası var.

Bütün bunların fonunda alim Ukraynanın hansısa Avropa ölkəsi ilə birləşərək nüvə silahı yaratmaq kimi bir addım atmağa cəhd edə biləcəyi fikrini ifadə edib.

Qorbulin əlavə edib ki, Kiyev arsenalını genişləndirmək istəyən Fransa kimi Rusiya tərəfindən “təhdid hiss edən” Qərbi Avropa ölkələri ilə birləşməlidir. Ekspert Polşanın baş naziri Donald Tuskun Varşavanın öz ərazisində nüvə silahı yerləşdirmək istədiyi barədə bəyanatını da xatırladıb.

Əziz Mustafa

Seçilən
10
2
oxumeni.az

3Mənbələr