AZ

İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir

İran

İran parlamenti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) siyasiləşmiş mövqeyinə görə bu qurumla əməkdaşlığı müvəqqəti dayandırmaq barədə qanun layihəsini qəbul etməyi planlaşdırır.

Reyting.az
xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.

“Bu beynəlxalq təşkilatın peşəkar davranışına dair obyektiv təminatlar alana qədər İranın MAQATE ilə əməkdaşlığını dayandıran qanun layihəsini qəbul etməyi planlaşdırırıq”,- parlament sədri deputatlar qarşısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünya açıq şəkildə gördü ki, MAQATE üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirməyib və siyasi alətə çevrilib.

E. KAMAL
Seçilən
2
1
reyting.az

2Mənbələr