"Real Madrid"in futbolçusu Cud Bellinqem klublararası dünya çempionatından sonra cərrah stoluna uzanacaq.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi çiyin nahiyəsindən əməliyyat olunacaq.

O, 2023-cü ilin noyabrında "Rayo Valyekano" ilə oyunda çiynindən zədələnib və həmin vaxtdan bəri meydançaya sarğı ilə çıxır.

"Mənim indi bir o qədər də güclü ağrılarım yoxdur. Ancaq hər dəfə sarğı ilə oynamağa səbrim çatmır. Tərləmədən belə sürətlə çəki itirirəm", - deyə Bellinqem vurğulayıb.

Futbolçunun bərpa olması üçün 12 həftə vaxt lazımdır. Onun La Liqanın və Çempionlar Liqasının startını buraxacağı gözlənilir.