AZ

İsrail Tehrandakı məşhur həbsxananı vurdu - VİDEO

Xəbər verdiyimiz kimi, İsrail və İran bu gün qarşılıqlı olaraq ərazilərinə zərbələr endirib.

Modern.az-ın xarici KİV-ə istinadən məlumat verir ki, İsrailin zərbələrindən biri paytaxt Tehranda məşhur Evin həbsxanasının giriş hissəsinə təsadüf edib. 

Hadisə nəticəsində məhbusların qaçması istisna edilmir. 

Qeyd edək ki, Evin həbsxanasında əsas olaraq siyasi məhbuslar, jurnalistlər və hüquq müdafiəçiləri cəza çəkir.

 

Seçilən
14
2
modern.az

3Mənbələr