Bakı, 23 iyun, AZƏRTAC
Bu gün İran xalqının həmrəyliyi və birliyi daha da güclənib.
AZƏRTAC xəbər verir ki, bunu İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi iyunun 23-də keçirdiyi mətbuat konfransında deyib.
“Hətta xaricdə yaşayan soydaşlarımız da İran xalqının və silahlı qüvvələrimizin yanında dayanıb. İndiyədək İran silahlı qüvvələri genişmiqyaslı raket və PUA hücumlarından çəkinib”, - deyə müvəqqəti işlər vəkili əlavə edib.