Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) tələbələr üçün Vita Academy tərəfindən “Dizaynın 2 Dili: Hansını seçim?” mövzusunda seminar keçirilib.
Seminarda təlimçilər – UI/UX dizayn instruktoru Könül Abdullayeva və Qrafik dizayn instruktoru Namaz Hudulov UI/UX dizaynı və qrafik dizayn arasında olan əsas fərqlər, bu sahələrin real tətbiq sahələri və karyera imkanları barəsində məlumat verərək, öz təcrübələrini tələbələrlə bölüşüblər.
Interaktiv formada keçirilən seminarın sonunda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.