Bakı. Trend:
İsrailin İrana hava hücumları nəticəsində Tehranın “Evin”həbsxanası vurulub.
Bu barədə Trendİran KİV-ə istinadən xəbər verir.
Məlumata görə, həbsxananın müəyyən hissələrinin vurulması İranınMəhkəmə Sistemi tərəfindən təsdiqlənib. Hücum nəticəsindəhəbsxananın müəyyən hissələrinə ciddi şəkildə ziyan dəyib.
Ölən və yaralananlar haqda məlumat verilməyib.
Məhkəmə Sistemindən bildirildiyinə görə, “Evin” həbsxanasındaməhbusların həyatının qorunması ilə əlaqədar lazımi tədbirlərgörülüb və onların öz ailələri ilə əlaqə saxlamalarına şəraityaradılıb.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.