AZ

ABŞ Azərbaycana təşəkkür etdi

"ABŞ-nin Bakıdakı səfirliyinin təhlükəsizliyinin təmin olunmasında daim göstərdiyi yüksək səviyyəli dəstəyə görə Azərbaycan hakimiyyətinə minnətdarıq".

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq ABŞ-nin Azərbaycandaki səfirliyinin sözçüsü Entoni Trançina bildirib.

"Beynəlxalq razılaşmalara əsasən, səfirliklərin və konsulluqların qorunmasına görə əsas məsuliyyət ev sahibi ölkələrin üzərinə düşür. Bu barədə Azərbaycana minnətdarıq. Səfirlik və onun əməkdaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə, mövcud təhlükəsizlik tədbirləri ilə bağlı konkret detalları müzakirə etmirik", - o qeyd edib.
Seçilən
5
1
sherg.az

2Mənbələr