İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzzaya qarşı həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 56 minə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Qəzzada Səhiyyə Nazirliyi tərəfindən edilən açıqlamada İsrailin davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumatlar paylaşılıb.
Bildirilib ki, son 24 saat ərzində Qəzzada 39 cəsəd və 317 yaralı xəstəxanalara aparılıb.