AZ

“Toyota Aqua” sürücüsü yüksək sürətlə hərəkət edib ağacı kökündən qopardı VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Paytaxtda sürücü məsuliyyətsizliyi səbəbindən növbəti yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, Bakının Binəqədi rayonunda “Toyota Aqua” markalı 77-YA-581 qeydiyyat nişanlı taksi avtomobili qəza törədib. Hadisə rayonun Abay Kunanbayev küçəsində “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin yaxınlığında baş verib.

Minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsinin idarəetməsini itirərək səkidəki plakata və ağaca çırpıb. Görüntülər sosial şəbəkədə yayılıb. Şahidlərin bildirdiyinə görə sürücü nəqliyyat vasitəsini yüksək sürətlə idarə edirmiş. Sürücünün psixotrop maddənin təsiri altında olması da istisna edilmir.

Avtomobilin həm də “perekitka” edilməsi mümkün olan nəqliyyat vasitəsi modellərindən olması belə ağır qəza hallarının yaranmasına səbəb olur.

Səfər

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
avtosfer.az

1Mənbələr