AZ

Odessada partlayış baş verib

Ukraynanın cənubundakı Odessada bölgədə elan edilən hava hücumu xəbərdarlığı zamanı partlayış baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsinə əsasən, Odessa vilayətində hava hücumu xəbərdarlığı Moskva vaxtı ilə saat 14:29-da elan edilib.

Bundan bir qədər əvvəl “Obşçestvennoye” telekanalı Ukrayna hakimiyyətinin nəzarətində olan Xerson şəhərində partlayışlar barədə məlumat vermişdi.

Seçilən
62
11
nocomment.az

9Mənbələr