Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasında Seminar, Treninq və SimulyasiyaMərkəzinin layihələndirilməsi cari il ərzində tamamlanıb, yaxın ikiil ərzində tikilib istifadəyə verilməsi nəzərdə tutulur.
Trendxəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası SəhiyyəNazirliyinin Tibbi xidmətin təşkili şöbəsinin müdiri Səmayəİbrahimova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Naxçıvan Muxtar Respublikasında Seminar, Treninqvə Simulyasiya Mərkəzi yaradılıb. Mərkəzin yaradılmasında əsasməqsədi tibb işçilərinin ixtisas bacarıqlarına yiyələnməsi, praktikvərdişlərin öyrədilməsi və təkmilləşdirilməsi, yeni bacarıqlarınmənimsənilməsidir.
"Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ağız və DişSağlamlığı Mərkəzi publik hüquqi şəxsin yeni binasının tikinti vətəmir işləri mərhələli şəkildə həyata keçirilir. Tikinti sahəsindəbütün söküntü işləri başa çatdırılmış, arakəsmə divarlarının inşasıtamamlanmış, müxtəlif sahələrdə ilkin hamarlama və suvaqaltı işləraparılmışdır. Tikinti prosesi podratçı təşkilat tərəfindəntəsdiqlənmiş iş qrafikinə uyğun davam etdirilir" - deyə Səmayəİbrahimova əlavə edib.