Bakı. Trend:
Avrasiya ölkələrinin Kredit Məlumatı TəchizatçılarıAssosiasiyası (ACIPE) Azərbaycanla əməkdaşlığın genişləndirilməsinəaçıqdır.
Bu barədə Trend-ə açıqlamasında Bakıda keçirilən I BeynəlxalqKredit Hesabatlılığı Konfransının kuluarlarında ACIPE-in İdarəHeyətinin sədri Ruslan Omarov bildirib.
"Biz ACIPE platforması vasitəsilə Avrasiya məkanında kreditekosisteminə daxil olan ölkələrlə aktiv əməkdaşlıq edirik vəAzərbaycan burada istisna deyil", – deyə R. Omarov qeyd edib.
Sədr bildirib ki, assosiasiya çərçivəsində əməkdaşlıqla yanaşı,ikitərəfli layihələr də həyata keçirilir:
"Məsələn, Moldova, Qırğızıstan, Monqolustan, Rumıniya vəÖzbəkistana skorinq həlləri təqdim edirik. Azərbaycanlatərəfdaşlığımız hələ ki, əsasən ACIPE çərçivəsində inkişaf edir vəburada xidmət və məhsulların mübadiləsi həyata keçirilir".
Onun sözlərinə görə, ACIPE platforması səviyyəsində xidmət vəməhsulların fəal mübadiləsi aparılır və bu əməkdaşlıq həmAzərbaycan, həm də digər iştirakçılar üçün faydalıdır.
"Biz Azərbaycan Kredit Bürosunun təcrübəsinə olan marağı görürükvə bu, qarşılıqlı əlaqələrin dərinləşməsinə səbəb olur.Əməkdaşlığın genişləndirilməsinə açığıq və ümid edirik ki,tərəfdaşlıq daha sıx formatlara keçəcək", – ACIPE rəhbərivurğulayıb.
Omarov sonda qeyd edib ki, assosiasiya region ölkələrinin bütünkredit bürolarını əməkdaşlığa dəvət edir.
"ACIPE əvvəlcə keçmiş Sovet İttifaqı ölkələrinin birliyi kimiyaradılmışdı. Lakin zamanla bizə Monqolustan, Səudiyyə Ərəbistanı,Türkiyə, Rumıniya da qoşuldu. Beləliklə, artıq daha qlobal oyunçuyaçevrilirik", – deyə R. Omarov fikrini tamamlayıb.