AZ

Benzinin qiyməti ilə bağlı Statistika Komitəsinin rəqəmləri reallıqdan fərqlənir

BAKI, 23 iyun. TELEQRAF

Azərbaycanda son dörd ildə benzin və dizel yanacağının qiymətlərində artım olub. 2020-ci ildə Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 90 qəpik idisə, 2021-2022-2023-cü illərdə bu məbləğ 1 manat olub. 2024-cü ildən isə 1 litrlik Aİ-92 markalı benzin 1 manat 5 qəpiyə satılır.

Teleqraf Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, Aİ-95 markalı benzin 2022-ci ildə 1 manat 80 qəpik, 2023-cü ildə 2 manat təşkil edib. 2024-cü ildən isə 1 manat 80 qəpiyə olub.

Dizel yanacağının isə 1 litrinin qiyməti 2020-ci ildə 60 qəpik, 2021-2022-2023-cü illərdə isə 80 qəpik təşkil edib. 2024-cü ildən bu yanacaq növünün qiyməti 90 qəpikdir.

Onu da bildirək ki, Dövlət Statistika Komitəsinin rəqəmləri ilə benzinin, eləcə dizelin real bazar qiymətləri arasında fərq var. Belə ki, ötən il Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının qərarı ilə Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənərək 1 litr üçün 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 1 manat müəyyən edilib.

Seçilən
22
teleqraf.com

1Mənbələr