Rusiya Federasiyasından 2025-ci ildə Azərbaycandakı fiziki şəxslərə pul köçürmələrn həcmi kəskin düşüb.

İndex.az Mərkəzi Banka istinadən xəbər verir ki, ilin birinci rübündə RF-dən Azərbaycandakı fiziki şəxslərə 85.651 milyon dollar həcmində pul baratları köçürülüb.

Bunun da öncəki ildə 155.38 milyon dollar olduğunu nəzərə alsaq, illik müqayisədə 69.73 mln. dollar və ya 45 faiz azalma deməkdir.

Ötən ilin ilk rübündə ölkəyə ümumilikdə 294.42 mln. dolların 53 faizi Rusiyanın payına düşdüyü halda, cari ilin eyni dövründə bu rəqəm 229.49 mln. dolların 37 faizini təşkil edib.

RF-dən sonra ikinci ən iri pul köçürmələr Türkiyə ($39.58 mln.) və ABŞ ($23.27 mln. ) kimi ölkələrin payına düşüb.