AZ

İran parlamenti AEBA ilə əməkdaşlığı dayandırmaq üçün layihə təsdiqləmək niyyətindədir – Parlament sədri

Bakı. Trend:

İran parlamenti Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə İranınəməkdaşlığını dayandırmaq məqsədilə layihə təsdiqləməkniyyətindədir.

Trend-inməlumatına görə, bunu İran parlamentinin sədri Məhəmməd BaqirQalibaf bu gün parlamentin plenar iclasında deyib.

Onun sözlərinə görə, bu layihənin təsdiqlənməsi ilə İranın AtomEnerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığı agentliyin peşəkardavranışına dair faktiki zəmanətlər olduğu müddətə qədərdayanacaq.

Qalibaf deyib ki, İranın qeyri-dinc məqsədli heç bir nüvəfəaliyyəti yoxdur. Lakin dünya Atom Enerjisi üzrə BeynəlxalqAgentliyin öz öhdəliklərinin heç birini yerinə yetirmədiyiniaçıq-aşkar müşahidə etdi. Bu agentlik siyasi vasitəyə çevrilib.

“İran ABŞ-nin İranın nüvə mərkəzlərinə hücumunu dinc məqsədlinüvə texnologiyasını özündə ehtiva edən strateji məkanlara hücumhesab edir. Halbuki həmin mərkəzlər İranı bu sahədə asılılıqdanxilas edən mərkəzlərdir. İran ABŞ-nin nüvə mərkəzlərinə hücumunubeynəlxalq strukturlara hücum hesab edir. Çünki Atom Enerjisi üzrəBeynəlxalq Agentliyin qanuni öhdəlikləri bu hücuma mane olabilməyib. Əksinə iranın dinc məqsədli nüvə fəaliyyətləri haqdagizli məlumatları və reallığın əksinə olan hesabatları qarşıtərəflərə verərək İranın nüvə mərkəzlərinə hücumlara şəraityaradıb”, - deyə o bildirib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailəcavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərləballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülkiitkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi havahücumları edib. Hava hücumları nəticəsində İranın nüvəobyektlərinin məhv edildiyi qeyd olunub.

Məqalədə:
Seçilən
15
az.trend.az

1Mənbələr