AZ

Tehran MAQATE ilə əlaqələri kəsdi – İran parlamentindən sərt addım

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf rəsmi bəyanatla çıxış edərək, İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (MAQATE) bütün əməkdaşlığa son qoyduğunu elan edib.

Musavat.com xəbər verir ki, Qalibaf bildirib ki, bu qərar İranın milli suverenliyinə qarşı yönəlmiş hücumlar və xarici təzyiqlərə cavab olaraq qəbul olunub. Onun sözlərinə görə, ölkə bundan sonra nüvə məsələlərində beynəlxalq qurumlarla əməkdaşlıq etməyəcək və öz proqramını daxili imkanlarla davam etdirəcək.

Bu addım İranın Qərblə münasibətlərində gərginliyi daha da artıracağı ehtimalı ilə ciddi narahatlıq doğurur.

Musavat.com

 
 
 
 
Seçilən
11
musavat.com

1Mənbələr