Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.
Cəlilabadda baş verən yol qəzasında xəsarət alanların adları bilinib.
"Unikal"ın məlumatına görə, onlar Əliş Abbasov və Tahirə Abbasovadır.
Faktla bağlı araşdırmalar davam etdirilir.
**** 11:23
Cəlilabad rayonunda yol qəzası baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Cəlilabadın Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik avtomobilinin sürücüsü qəfildən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza nəticəsində sürücü və avtomobildə olan bir sərnişin ağır xəsarətlər alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.