AZ

Sürücü yol boyu motosikleti sıxışdırdı, ardınca maşından düşüb əl qol atdı VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Nərimanov rayonu, Təbriz küçəsində qayda pozan sürücünün görüntüsü sosial şəbəkədə paylaşılıb. 

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb. Videodan da göründüyü kimi, 90-RS-554 dövlət nömrə nişanlı “Ford Transit” markalı yük maşını öndə hərəkətdə olan motosikletə qəza şəraiti yaradıb. Belə ki, o, öncə avtomobilin işığını yandırıb-söndürüb, ardınca siqnal verərək motosikleti sıxışdırıb. Bu vaxt orta zolaqda hərəkətdə olan motosikletçi əsəbiləşib və ona yüksək səslə “Nə var? Nə olub?” deyərək iradını bildirib. “Ford” sürücüsü isə “Sənin zolağın deyil. Sağla getməlisən”, - deyə ona cavab verib. Qəzəblənən motosiklet sürücüsü “Mənim əsəblərimi niyə korlayırsan? Öz zolağımla gedirəm.” deyib.

Daha sonra onlar nəqliyyat vasitələrini yolun kənarında saxlayaraq mübahisə etməyə başlayıblar. Yük maşınının sürücüsü “Niyə mənim üstümə qışqırırsan?”, - deyə motosikletçiyə əl-qol atıb və onlar münaqişə etməyə davam ediblər. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
avtosfer.az

1Mənbələr