Qusarda narkotik maddənin təsiri altında olan sürücü müəyyən olunub.
Avtosfer.az-ın məlumatına görə, Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı “Lada” markalı nəqliyyat vasitəsinin sürücüsü Üzeyir Şirinov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb. Müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu məlum olub. Məhkəmənin qərarı ilə Ü.Şirinov inzibati qaydada 15 sutka həbs edilib və sürücülük hüququ iki il müddətinə məhdudlaşdırılıb.
FOTO QALEREYA