AZ

Cəlilabadda mikroavtobusla motosiklet toqquşub, xəsarət alan var

Cəlilabadda yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

F. İbrahimovun idarə etdiyi "Mercedes Sprinter" markalı avtomobil Ramin Vəliyevin idarə etdiyi motosikletlə toqquşub. Qəza nəticəsində motosiklet sürücüsü R.Vəliyev xəsarət alaraq rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
25
4
apa.az

5Mənbələr