AZ

Aİ ölkələri və Kanada bu il Kiyevə 35 milyard avroluq silah tədarük edəcək

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Avropa İttifaqı (Aİ) ölkələri və Kanada bu il Ukraynaya 35 milyard avro dəyərində silah tədarük edəcək.

“Report”un verdiyi məlumatına görə, bu barədə NATO-nun baş katibi Mark Rutte Haaqada keçiriləcək NATO sammiti ərəfəsində mətbuat konfransında bildirib.

"İndi deyə bilərik ki, Avropa və Kanada müttəfiqləri artıq ilin sonuna qədər Ukraynaya 35 milyard avro həcmində hərbi yardım ayırmağı öhdələrinə götürüblər", - o qeyd ediblər.

M.Ruttenin sözlərinə görə, əvvəlcə söhbət 20 milyard avrodan gedirdi, lakin indi müttəfiqlər tədarükü artırmağa qərar veriblər. Alyansın baş katibi əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski və bəzi rəsmilər 24-25 iyun tarixlərində keçiriləcək Niderlanddakı sammitdə iştirak edəcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
bizimyol.info

1Mənbələr