
Birləşmiş Ştatlar İranın növbəti və ya iki gün ərzində onun hücumlarına hərbi cavab verəcəyini gözləyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə adı açıqlanmayan iki amerikalı məmura istinadən “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, onların hesablamalarına görə, zərbə Yaxın Şərqdəki Amerika hərbi qüvvələrini hədəfə ala bilər. Bölgədə onların sayının 40 min nəfər olduğu təxmin edilir.
Eyni zamanda agentliyin adının açıqlanmasını istəməyən həmsöhbətləri qeyd ediblər ki, Vaşinqton Tehranın cavab zərbəsi endirmək planlarından əl çəkəcəyi hazırkı vəziyyətin diplomatik yolla həllinə nail olmağa çalışır.