AZ

Gəncədə avtoxuliqanlıq edən taksi sürücüsü saxlanıldı DYP dən açıqlama FOTO VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Gəncədə yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional qrupunun rəhbəri Eşqin Qasımov Avtosfer.az-a bildirib ki,  Gəncə şəhərində yol polisi əməkdaşları tərəfindən sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, Göygöl rayon sakini Şahin Quliyev taksi fəaliyyəti ilə məşğul olduğu “Toyota” markalı nəqliyyat vasitəsini idarə edərkən təhlükəli manevrlər edərək avtoxuliqanlıq etmiş və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradıb. Sürücü dərhal saxlanılıb və nəqliyyat vasitəsi mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib. Onunla profilaktik söhbət aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
avtosfer.az

1Mənbələr