AZ

İrandakı hərbi obyektlərin koordinatları Ermənistandan ötürülüb? - DƏHŞƏTLİ FAKTLAR

AzTV-də yayımlanan “Həftə” analitik-informasiya proqramında Ermənistan ərazisinin İrana qarşı hərbi məqsədlərlə istifadə olunması iddiaları müzakirə edilib.

Azreform.info xəbər verir ki, verilişin aparıcısı Rövşən Məmmədov diqqətçəkən detalları tamaşaçılarla bölüşüb.

O bildirib ki, 2024-cü il avqustun 2-də ABŞ-ın Rumıniyadakı hərbi bazasından İrəvandakı “Zvartnots” aeroportuna "Boing-17" tipli iki hərbi-yük təyyarəsi enib. Bu təyyarələrlə birlikdə amerikalı hərbi mütəxəssislər də Ermənistan ərazisinə daxil olub. Məlumata görə, həmin təyyarələrdən birində raket qurğularının atəş nöqtələrini müəyyənləşdirməyə imkan verən xüsusi cihazlar olub. Bu texnologiya İran ərazisindən buraxılan silahların trayektoriyasına real vaxtda nəzarət imkanı yaradır.

Rövşən Məmmədov daha bir məqamı diqqətə çatdırıb. Ermənistandakı Avropa müşahidəçiləri – “binokl şou”su ilə tanınan beynəlxalq heyətin – İranın hərbi obyektləri barədə informasiyaları Zəngəzurda yerləşdirilmiş amerikalı mütəxəssislərə ötürüb. Həmin heyətin tərkibində alman, fransız, kanadalı agentlərin və xüsusi xidmət orqanlarının əməkdaşlarının olduğu bildirilir.

Seçilən
1
12
azreform.info

10Mənbələr