Britaniyanın şimalında Roma İmperiyasına aid heyrətamiz tapıntı - Roma əsgəri tərəfindən itirildiyi güman edilən böyük dəri çəkmə tapılıb.
SİA-nın məlumatına görə, bu barədə ZME Science nəşri yazır.Maqnanın Roma istehkamının qoruyucu xəndəyində arxeoloqlar ayaqqabının yaxşı qorunmuş hissəsini, yəni uzunluğu 32 santimetrə çatan dabanını (təxminən 46 ölçüyə uyğundur) aşkar ediblər.
Təxminən 2000 il yaşı olan bu artefakt, çox güman ki, eramızın 2-ci əsrində müasir Şotlandiya ilə sərhəddə, Hadrian divarında xidmət edən uzunboylu və iri legionerə məxsus olub.
Arxeoloq Reyçel Frame qeyd edib ki, bu, sadəcə antikvar deyil, 2000 il əvvəl burada yaşayan insanlarla əlaqəni hiss etmək imkanı verən şəxsi əşyadır.
Xəndəyin zamanla çevrildiyi bataqlığın nəmli, anaerob mühiti sayəsində təkcə dəri deyil, taxta daraq, mərmər kosmetik palitrası və digər əşyalar da sağ qalmışdır.
...Fort Carvoran-da (müasir Magna) arxeoloji işlər hələ də davam edir, indiyə qədər aşkar edilmiş bütün artefaktlar yalnız xarici xəndəklərdən gəlir.
İqlim dəyişikliyi üzvi materialların qorunub saxlanmasına təhlükə yaratdığından alimlər abidəni bütövlükdə tədqiq etməyə tələsirlər. Konservasiya işlərindən sonra Roma nəhənginin çəkməsi muzeydə nümayiş etdiriləcək.
Nazlı Almuradova