AZ

Azərbaycana gətirilən İran məhsullarında radiasiya təhlükəsi...


Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) iyunun 22-də ABŞ-ın İranın nüvə obyektlərinə hücumlarından sonra radiasiya səviyyəsinin artmasına dair heç bir dəlil olmadığını açıqlayıb.

Xatırladaq ki, ABŞ ordusu İranın nüvə proqramının üç obyektinə zərbələr endirib. B-2 bombardmançıları Fordo zavoduna altı bunker bombası ilə hücum edib. Sualtı qayıqlar Natanz və İsfahandakı obyektlərə 30 “Tomahavk” raketi atıblar.

ABŞ prezidenti Donald Tramp xalqa müraciətində İranın əsas uranın zənginləşdirilməsi obyektlərinin məhv edildiyini bildirib. Nəhəng GBU-57 bombaları yerin 65 metr altına kimi nüfuz edərək İranın nüvə obyektlərinə ciddi zərər vurub ABŞ-ın bunker bombalarının 2,5 ton partlayıcı daşıdığı və yerin 60-65 metr dərinliyinə nüfuz edə bildiyi bildirilir . Uzun müddətdir İranın bütün nüvə obyektləri arasında ən çətin hərbi hədəf hesab edilən Fordo uran zənginləşdirmə qurğusu Zaqros dağlarının altında basdırılıb. Hesabatlarda yerin 45-90 metr hündürlüyündə, əsasən əhəngdaşı və dolomit olan əsas qayaların altında inşa edildiyi bildirilir. Bəzi ekspertlər çöküntü süxurlarının təbəqələşməsinin sentrifuqa sırasına dəyməyi də çətinləşdirdiyini və partlayış dalğasına qarşı bir növ geoloji yastıq təmin etdiyini irəli sürürlər. Nəticə əsasən obyektin daxilində betonun növündən asılı olacaq, bunker busterinə nüfuzetmə reytinqləri ümumiyyətlə hər kvadrat sahə üçün 1,6 tona davamlı olan dəmir-betona əsaslanır. İranın daha möhkəm betondan istifadə etdiyi güman edilir. Bəzi media orqanları zərbədən əvvəl İran ordusunun Fordo ərazisindən demək olar ki, bütün qiymətli materialları yığışdırdığını bildirib. İsfahan nüvə texnologiyaları mərkəzi isə bunker bombaları deyil, qanadlı raketlərlə vurulub. MAQATE-nin məlumatına görə, İsrailin dörd zərbəsindən əlavə, yanacaq çubuqları fabriki də daxil olmaqla, daha altı bina hədəfə alınıb. Natanz obyekti əvvəllər münaqişənin ilk İsrail zərbələri ilə zədələnmişdi və İsrail bunu əsas sentrifuqa zalını təchiz edən elektrik stansiyasına dəymiş kimi qiymətləndirdi. İran ABŞ-ın zərbələrini təsdiqləsə də, obyektlərə ciddi ziyan dəymədiyini bildirib. Amma ABŞ-ın müdafiə naziri Pet Heqset bildirib ki, ölkə 75 dəqiq idarə olunan sursatla İranın nüvə proqramını tamamilə məhv edib. İran hakimiyyəti öz nüvə obyektlərinin ləğvini inkar edir. Heqset ABŞ-ın İrandan istənilən cavabı daha güclü zərbə ilə qarşılayacağını bildirib və Tehranı sülhə çağırıb. İslam Respublikasının prezidenti Məsud Pezeşkian Vaşinqtona hücumlara görə cavab verməli olacağı barədə xəbərdarlıq edib. İranın Atom Enerjisi Təşkilatı nüvə proqramını dayandırmayacağını təkid edib.

Bütün bunlar Azərbaycanda da diqqətlə izlənilir. Ölkəmiz narahat edən məqamlardan biri də məhz iranın nüvə obyektlərinə zərbə endirilməsidir. ya Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev bildirir ki, ABŞ-ın İranın nüvə obyektlərinə zərbəsindən sonra Azərbaycanda radiasiya fonunda artım olmayıb.Oqeyd edib ki, radiasiya baxımından Azərbaycan üçün heç bir təhlükə yoxdur: "Hadisələr Azərbaycandan 1000 kilometrə qədər məsafədə baş verir. Belə məsafələrdə nüvə obyektlərinin partlaması, hətta reaktor belə olsa, təsir göstərə bilməz. Həmin hadisə baş verən gün bizim ekspedisiya Zəngilan, İmişli, Biləsuvara qədər tədqiqatlar aparıb, bilmirdik ki, partlayış olacaq. Yoxlamalar nəticəsində heç bir radiasiya fonunun artması müşahidə olunmayıb. Hazırda bizim ekspedisiya həmin regionlardadır. Daimi işləyən, monitorinq aparan cihazlarımız var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin perimetr boyunca yerləşən avtomatik stansiyaları vasitəsilə məlumatlar Fövqəladə Hallar Nazirliyinə ötürülür. Ölkənin radiasiya fonu hərtərəfli müşahidə altındadır. Burada ən müxtəlif, dəqiq cihazlarla təchiz olunmuş briqadalar çalışır. Hazırda hələ ki radiasiya fonunda artım yoxdur. Beynəlxalq Atom Enerjisi Agentliyinin də apardığı tədqiqatlara görə, bunun heç bir təsiri görünməyib. Eyni zamanda 1000 kilometr məsafəyə qədər də elə təsirlər milyon dəfə azalır. Ona görə də bu, Azərbaycana ciddi təsir edə bilməz. Müqayisə üçün, Çernobıl şəhərindən 135 km məsafədə Kiyev yerləşir. Çernobılda Xarkov Elektrik Stansiyası partlayanda Kiyevi nə köçürdülər, nə xüsusi bir rejim tətbiq etdilər. Yəni heç bir ciddi təsir olmadı. Ona görə də hər kəsi əmin edirəm ki, hələlik bu səviyyədə ciddi təsir və təhlükə yoxdur. Amma hücum edən ölkənin planlarını bilmirik. Hər halda biz öz işimizi görməliyik". Lakin təhdidin olmadığını da demək mümkün deyil. Rusiyanın döqvlət qurumu olan “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert qeyd edir ki, İrandakı nüvə obyektlərinə zərbələr bir sıra ölkələrin ərzaq təhlükəsizliyinə zərbə vura bilər: “Ən böyük təhlükə ərazilərin çirklənməsinə səbəb ola biləcək nüvə obyektlərinə zərbələrdir. İran böyük həcmdə bitki və heyvandarlıq məhsulları istehsal edir. Ona görə də bu cür ziyan ərzaq baxımından ciddi təsir göstərəcək”. O vurğulayıb ki, nüvə obyektlərinin zədələnməsi nəticəsində ərazilərin çirklənməsi baş verərsə, Rusiya daxil olan məhsulları radiasiyaya görə yoxlamaq məcburiyyətində qalacaq: “Heç kim bütün bu hekayəyə humanitar nöqteyi-nəzərdən baxmır. Nədənsə hamı buna yalnız hərbi nöqteyi-nəzərdən baxır. Mən burada həm İranda, həm də yaxın ərazilərdə yetişdirilən məhsulların təhlükəsizliyi baxımından nüvə energetikası obyektlərinə dəyən zərərin nəticələri nöqteyi-nəzərindən daha çox narahatlıq görürəm”. Azərbaycan da İrandan gələn məhsulları radiasiya məsələsinə görə yoxlamağa məcbur qalacaq ölkələr sırasındadır.

Nahid SALAYEV

Seçilən
1
baki-xeber.com

1Mənbələr