AZ

Pentaqondan İranın raket zərbəsi ilə bağlı AÇIQLAMA

ABŞ Müdafiə Nazirliyinin rəsmisi İranın Qətərdə yerləşən Əl-Üdeyd Hərbi Hava Bazasına qarşı bir neçə qısa və orta mənzilli raket buraxdığını təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə The New York Times nəşri Pentaqon nümayəndəsinə istinadla məlumat yayıb.

Hazırda hücumun yaratdığı zərərin miqyası ilə bağlı qiymətləndirmə prosesi davam edir. ABŞ tərəfi həm fiziki dağıntıları, həm də əməliyyatlara təsir edən digər amilləri araşdırır.

İranın bu addımı ABŞ-İran münasibətlərində gərginliyin yeni mərhələyə keçdiyinin göstəricisi kimi dəyərləndirilir.

 

Musavat.com

Seçilən
23
43
musavat.com

10Mənbələr