AZ

Makron: ABŞ-nin İrana hücumunun heç bir hüquqi əsası yoxdur

BAKI, 23 iyun. TELEQRAF

Paris İranın nüvə silahı əldə etməsinə qarşı olsa da, ABŞ-nin bu obyektlərə zərbələr endirməsinin heç bir hüquqi əsası olmadığını düşünür.

Teleqrtaf xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Norveçin baş naziri ilə birgə mətbuat konfransında deyib.

“Olduğu kimi danışsaq, ABŞ-nin nüvə obyektlərinə hücumunun legitim olmadığını etiraf etmək lazımdır. Fransa İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədini bölüşsə də, biz inanırıq ki, buna yalnız diplomatiya yolu ilə nail olmaq olar", - Makron bildirib,

İyunun 22-nə keçən gecə Amerika lideri Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç nüvə obyektinə hücum etdiyini açıqlayıb. Əsas hədəf uranın zənginləşdirilməsi zavodu olan Fordo olub.

Seçilən
22
teleqraf.com

1Mənbələr